saytlarin hazirlanmasiis elanlari
 Layihələr
 
Masallı-ələt avtomobil yolu Lənkərançay körpüsünün layihələndirilməsi və tikintisi
 
Bakı şəhəri, Z.Bünyadov prospektinin Ə.Rəcəbli küçəsi ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi
 
Şamaxı şəhəri kənd yollarının tikintisi layihəsi
 
Gəncə şəhərində, İmamzadə dini kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması
AZ | RU | EN
Ana səhifə
Şirkət haqqında
Layihələr
Fəaliyyət sahələri
Texniki baza
Xəbərlər
Əlaqə
 Tamamlanmış layihələr
M. Hadi küçəsi ilə Babək prospektinin kəsişməsindəki və Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsindəki yolqovşağı kompleksinin tikintisi.
    "Bakı şəhərində Nəqliyyat Sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı" sərəncamına müvafiq olaraq daha bir yolqovşağı kompleksi M. Hadi küçəsi ilə Babək prospektinin kəsişməsindəki (Xalqlar Dostluğu metrosu dairəsi) və Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsindəki (Maşın bazarı dairəsi) bu nəhəng körpü kompleksinin inşaası uğurla tamamlanaraq, 2009-cu ildə istismara verilmişdir. Bu yol qoşağı istinad divarları ilə birlikdə ümümi uzunluğu 2 km -dən artıq olan 2 ədəd körpüdən , 3 ədəd avtomobil keçidindən ibarətdir.
    Bundan başqa piyadaların keçidini asanlaşdırmaq məqsədi ilə 2 ədəd tağşəkilli piyada keçıdi tikilib.
    Əsas körpülərdən birinin uzunluğu 196m, digərinin uzunluğu isə 129metrdir. Hər iki körpü 5 aşırımdan ibarətdir və aşırım hissələri xüsusi texnologiya ilə gərginləşdirilib.
Körpülər üzərində hərəkət zolağı 4 cərgəlidir, ümumi eni 23.4 metrdir. Yanaşma yollarının uzunluğu 2640 m, istinad divarlarının ümumi uzunluğu 4320 metrdir. Yan yollalardan körpülərə çıxmaq üçün 4 ədəd ramp tikilib.İstinad divarları arası yolörtüyü 22 sm qalınılqda verilib ki, bu da yolqovşağının etibarlı istismar müddətinin artırır.

   
   
   
   
   
   
   

Все права защищены. Сайт разработан  веб студией Lider