saytlarin hazirlanmasiis elanlari
 Layihələr
 
Masallı-ələt avtomobil yolu Lənkərançay körpüsünün layihələndirilməsi və tikintisi
 
Bakı şəhəri, Z.Bünyadov prospektinin Ə.Rəcəbli küçəsi ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi
 
Şamaxı şəhəri kənd yollarının tikintisi layihəsi
 
Gəncə şəhərində, İmamzadə dini kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması
AZ | RU | EN
Ana səhifə
Şirkət haqqında
Layihələr
Fəaliyyət sahələri
Texniki baza
Xəbərlər
Əlaqə
 Tamamlanmış layihələr
Gəncə Körpü Tikinti aşağıdakı bir çox layihələri tamamlayıb istismara vermişdir.
Yevlax rayonunda "Şorsu" kanalı üzərindəki körpü keçidi.
Yevlax rayonunda "Şorsu" kanalı üzərindəki uzunluğu 46 m olan körpü keçidinin inşaası;

Goranboy rayonu, Aşağı Ağcakənd yaşayış qəsəbəsində qəsəbədaxili yolların tikintisi.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Ərazilərin Bərpası və Yenidənqurulması Agentliyi və Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən Goranboy rayonu, Aşağı Ağcakənd yaşayış qəsəbəsində 6 km uzunluqda qəsəbədaxili yolların tikintisi 2002-ci ildə uğurla aparılaraq istifadəyə verilmişdir.

Füzuli rayonu ərazisində qəsəbədaxili yolların və körpü keçidinin tikintisi.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Ərazilərin Bərpası və Yenidənqurulması Agentliyi və Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən Füzuli rayonu ərazisində salınmış 5 yaşayış qəsəbəsində daxili yollar və körpü keçidinin tikintisi işləri 2002-ci ildə uğurla tamamlanmışdır.

Yenikənd-Blıx avtomobil yolunda, Qaraçay üzərində körpü keçidinin tikintisi.
Qəbələ rayonu Yenikənd-Blix avtomobil yolunda Qaraçay üzərində uzunluğu 150 m olan körpü keçidinin tikintisi 2003-cü ildə tamamlanaraq istifadəyə verilmişdir.

Gəncə-Şəmkir avtomobil yolunun bərpası və yenidənqurulması.
Dünya Bankının maliyyələşdirdiyi "Qafqaz Magistral Yolları Layihəsi" çərçivəsində Gəncə-Şəmkir avtomobil yolunun (KM 0-19) bərpası və yenidənqurulması işləri üzrə 6 ədəd körpü və suötürücü qurğuların inşaası 2003-cü ildə yüksək keyfiyyətlə tamamlanaraq istifadəyə verilmişdir.

Həsənsu çayı üzərində körpü keçidinin tikintisi.
Beynəlxalq təşkilatların maliyyələşdirdiyi "İpək Yolu" layihəsi üzrə Ağstafa rayonu, Həsənsu çayı üzərində körpü keçidinin 2004-cü ildə inşaa edilib, istismara verilmişdir.

Yekəxana-Bədəlli-Poladı çay avtomobil yolunun inşaası.
2004-cü ildə, Şamaxı rayonu ərazisində 14 km. uzunluğunda Yekəxana-Bədəlli-Poladı çay avtomobil yolunun inşaası uğurla başa çatdırılmışdır.

Ağstafa çay üzərində körpü keçidinin inşaası.
2005-ci ildə Qazax şəhərinə giriş avtomobil yolunun 8 km-də Ağstafa çay üzərində uzunluğu 114 m olan körpü keçidinin inşaası uğurla tamamlanmışdır.

Gəncə Beynəlxalq Hava Limanı üçün enmə zolağının tikintisi.
2006-cı ildə Gəncə Beynəlxalq Hava Limanı üçün enmə zolağının tikintisi işləri yüksək keyfiyyətlə və müasir dünya standartlara uyğun olaraq inşaa edilmişdir.
2006-cı ildə Dünya Bankının maliyyələşdirdiyi Yekəxana-Bədəlli Poladlı çay avtomobil yolunun Pirsaat çayı ilə kəsişməsində körpü keçidinin inşaası.
2006-ci ildə Qazıməmməd-Kürdəmir avtomobil yolunun Əlibayramlı avtomobil yolu ilə kəsişməsində körpü keçidinin inşaası.

Bakı-Ələt avtomobil yolunun tikintisi.
2006-cı ildə "İpək Yolu" layihəsi üzrə Bakı-Ələt avtomobil yolunun 22-69 KM-də 3 ədəd yolötürücüsü, 7 ədəd körpü keçidi təmiri, 120 p/m uzunluğunda süni qurğuların inşaası işləri tamamlanaraq istismara verilmişdir.

Şəmkir-Qazax avtomobil yolunun bərpası və yenidənqurulması işləri.
2007-ci ildə Şəmkir-Qazax avtomobil yolunun (KM 40-73) bərpası və yenidənqurulması işləri üzrə körpülərin, yol ötürücülərinin, suötürücü qurğuların və avtomobil yolunun tikintisi işləri başa çatdırılaraq istismara verilmişdir.

Xramçay körpü keçidinin inşaası.
2007-ci ildə Qazax rayonu, II Şıxlı kəndi ərazisində Xramçay körpü keçidinin inşaası başa çatdırılaraq istismara verilmişdir.
2007-ci ildə Qəbələ-Bum-Tikanlı Abrıx avtomobil yolunun 12 km-də Qaraçay üzərində körpü keçidi;

 

Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır