saytlarin hazirlanmasiis elanlari
 Layihələr
 
Masallı-ələt avtomobil yolu Lənkərançay körpüsünün layihələndirilməsi və tikintisi
 
Bakı şəhəri, Z.Bünyadov prospektinin Ə.Rəcəbli küçəsi ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi
 
Şamaxı şəhəri kənd yollarının tikintisi layihəsi
 
Gəncə şəhərində, İmamzadə dini kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması
AZ | RU | EN
Ana səhifə
Şirkət haqqında
Layihələr
Fəaliyyət sahələri
Texniki baza
Xəbərlər
Əlaqə
 Ana səhifə

    Yol mədəniyyətdir. Hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yollar rahat, gözoxşayan, hamar və səliqəli olanda insan qəlbi riqqətə gəlir. Təsadüfi deyildir ki, son vaxtlar respublikamızın prezidenti, möhtərəm İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri, diqqət və qayğısı nəticəsində respublikamızda bütün yollar və körpülər abadlaşdırılır, bərpa edilir, yenidən qurulur. Bu işdə öz dəsti-xətti, zəhməti olan müəssisələrdən biri də "Gəncə Körpü Tikinti-2" ASC-dir. Yarandığı vaxtdan indiyədək işini günün tələbləri səviyyəsində quran müəssisənin əsas prinsipi belədir: qarşıya qoyulan vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək. Hər zaman yeniliklər tətbiq edən, uğurlu işlərə imza atan "Gəncə Körpü Tikinti-2" ASC-nin kollektivi hazırda gərəkli fəaliyyətini davam etdirir, insanların rahatlığı naminə bütün qüvvə və bacarığını sərf edir.

    "Gəncə Körpü Tikinti-2" ASC Respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan azsaylı müəssisələrdən biridir. Bundan əlavə, müəssisə şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarını tikinti-quraşdırma işlərini də həyata keçirir. Müəssisə rəhbərliyinin başlıca məqsədi daim irəli getmək, elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etmək, yeni istehsal texnologiyalarına yiyələnmək, görülən işləri beynəlxalq standartlar səviyyəsinə qaldırmaq, tapşırıqları keyfiyyətlə, təhlükəsiz, vaxtında, ekoloji və əmək mühafizəsi tələblərini pozmadan yerinə yetirmək və işçi personalının rifah halını yaxşılaşdırmaqla yanaşı, dövlətimiz üçün infrastrukturların inkişaf etdirilməsinə nail olmaqdır.

    "Gəncə Körpü Tikinti -2" ASC də yüksək ixtisaslı və təcrübəli kadrlar cəmlənib. Müəssisədə tikinti təsərrüfatı sahəsində yüksək hazırlıq səviyyəsi olan peşəkarlar çalışır. Hal-hazırda müəssisədə 350-yə yaxın işçi qüvvəsi çalışmaqdadır.
"Gəncə Körpü Tikinti -2" ASC dünyanın qabaqcıl texnika istehsalçılarının istehsal etdikləri Mercedes Benz, Ford, Kamatsu, Kato, Mann, Liebherr, Bomaq, Caterpillar, Casagrande, Solimec və s. bu sahədə dünya üzrə məşhur olan digər texnika istehsalçısı olan şirkətlərin məhsullarını alıb öz texnika parkında cəmləşdirmişdir. Ümumilikdə şirkətimizin balansındakı texnika və avadanlıqların sayı 160-yə yaxındır.

Все права защищены. Сайт разработан  веб студией Lider